No Image
No Image

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO
Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar.

Sfera.az xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən, 49 475 AZN) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə apardığı çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə karantin qadağaları yumşaldılır

Koreya Respublikası hökuməti koronavirusa qarşı aktiv peyvəndləmə ilə əlaqədar olaraq yaxın gələcəkdə mövcud sosial məsafə qaydalarını yumşaltmaq niyyətindədir....

Rusiya XİN-dən Ermənistandakı seçki ilə bağlı - AÇIQLAMA

"Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid ...

Gürcüstan prezidenti Ukraynaya səfər edəcək

Gürcüstanın prezidenti Salome Zurabişvili iyunun 23-də Ukraynaya səfər edəcək. Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından b...

Türkiyədə bu gün 51 nəfər koronavirusdan öldü

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 51 nəfər koronavirusun qurbanı olub...

Türkiyədə komendant saatı bu tarixdən ləğv edilir

Türkiyədə koronavirus pandemiyasına görə tətbiq olunmuş komendant saatı iyulun 1-dən ləğv edilir. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb T...

“Turkish Airlines” Rusiyaya uçuşları bərpa edir

Türkiyənin milli hava daşıyıcısı "Türk Hava Yolları” sabahdan etibarən Rusiyaya uçuşları tam həcmdə bərpa edəcək. Sfera.az  xəbər verir ki, bu barədə...